CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABA: manatın kursunda kəskin dəyişiklik gözlənilmir

© banco.azmanat
manat - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, milli valyutanın kursunun kəskin şəkildə dəyişməsi barədə yayılan şayiələr əsassızdır və müəyyən şəxslərin məqsədinə xidmət edir.

BAKI, 27 dek — Sputnik. Azərbaycanda manatın kursunun kəskin dəyişməsi barədə əsassız şayiələr yayılıb. Bu barədə Trend-ə bazar günü Azərbaycan Banklar Assosiasiyasında məlumat veriblər.

ABA-nın İcraçı direktorluğundan verilən məlumata görə, bankların xarici valyuta ehtiyatı kifayət qədərdir və və bu ehtiyat müştərilərin valyutaya olan ehtiyaclarını ödəməyə imkan verir.

Həmçinin dolaşan şayiələrin əsassız olduğu və müəyyən şəxslərin məqsədinə xidmət etdiyi qeyd olunub.

"Diqqətə çatdırırıq ki, manatın kursunda kəskin dəyişiklik gözlənilmir və əhaliyə bu cür şayiələrə inanmamağı tövsiyyə edirik", — deyə assosiasiyadan bildirilib.

Xəbər lenti
0