BAKI, 27 dek — Sputnik. Yaponiyanın şimalında, Hokkaydo adasında tuneldə baş verən yanğın səbəbindən 81 qatar reysi ləğv olunub.
Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, tuneldə tüstülənmə bazar günü səhərə yaxın müşahidə olunub. Hadisənin elektrik xəttində yaranmış qısa qapanma nəticəsində baş verdiyi ehtimal edilir.
Alovun söndürülməsi artıq səkkiz saatdan çoxdur ki, davam edir. Hadisə nəticəsində xəsarət alan yoxdur.