CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İqtisad Universiteti devalvasiya ilə bağlı mühüm addımlar atıb

© report.azPul
Pul - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.

BAKI, 26 dek — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Manatın ucuzlaşmasının ardınca, bütün növdən olan məhsulların satış qiymətləri artıb.

UNEC-in Marketinq və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik-ə verilən məlumata görə, yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10% artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq, universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.

Elmi Şuranın digər qərarına görə isə 2015/2016-cı tədris ilinin qış imtahan sesiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib. Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.

Xəbər lenti
0