BAKI, 25 dek — Sputnik. Azərbaycan ordusu Ermənistanın silahlı qüvvələrinə daha bir zərbə vurub.
Sputnik Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanıb. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bu aparatı sərrast atəşlə dərhal məhv ediblər.
Müdafiə Nazirliyi sözügedən pilotsuz uçan aparatın məhv edilməsi anının videogörüntüsünü yayıb. Sputnik həmin görüntünü təqdim edir.