CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Delta-Telecom" internetin qiymətlərini qaldıracağını bəyan etdi

Abunə olmaq
İnternet provayderi: "Delta-Telecom" internetin əsas hissəsini Avropanın "Tier1" operatorlarından alır və xidmətlərə görə ödənişlər avro və dollarla aparılır.

BAKI, 25 dek-Sputnik. Azərbaycanın ən iri internet provayderlərindən biri olan "Delta-Telecom" şirkəti manatın devalvasiyasından sonra internetin qiymətlərində də artım olacağını açıqlayıb.

Sputnik-in məlumatına görə, bu barədə Report-un sorğusuna cavab verən "Delta-Telecom" bildirib.

""Delta-Telecom" şirkəti Azərbaycan bazarında xidmətlərinin qiymətlərini stabil saxlamaq üçün maksimum dərəcədə çalışır. Lakin eyni zamanda qiymət artımının olmaması təkcə müəssisədən asılı deyil. Belə ki, artıq uzun müddətdir ISP (internet xidmətləri təminatçısı) və digər işlədicilərin müəssisəyə külli miqdarda borcları yaranıb" — deyə "Delta-Telecom"dan bildiriblər.

Azərbaycanın ən iri internet provayderlərindən biri olan "Delta-Telecom" müştərilərin vaxtlı-vaxtında ödəniş etməməsidən şikayətçidir: "Bütün işlədicilərdən xahiş edirik ki, müəssisəmizə olan borcları dərhal ödəməklə yanaşı, aylıq ödənişləri də vaxtında aparsınlar. Əks təqdirdə çevrilmə faizi dəyişdiyinə görə və müqavilənin müvafiq bəndlərinə uyğun olaraq, gecikmiş ödənişlər üçün cərimə faizi tətbiq ediləcək".

İnternet provayderi əlavə edib ki, "Delta-Telecom" internetin əsas hissəsini Avropanın "Tier1" operatorlarından ("TeliaSonera", "GlobeInternet", "Level 3", "GlobalCrossing", "Tinet" provayderləri) alır və xidmətlərə görə ödənişlər avro və dollarla aparılır.

Eyni zamanda, internetin yüksək keyfiyyətinin təmin edilməsi üçün "Delta-Telecom" tərəfindən ən azı üç istiqamətdən xarici böyük tutumlu tranzit kanallar icarəyə götürülüb və ödənişlər aylıq qaydada dollar və avroda həyata keçirilir.

Xəbər lenti
0