Demokratiya siyasi istismar vasitəsinə çevrilib

© AFP 2024 / BRENDAN SMIALOWSKIAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Kris Smitin hazırladığı layihəni anti-Azərbaycan aktı hesab edirlər

Demokratiya siyasi istismar vasitəsinə çevrilib
Azərbaycan ayrı-ayrı ermənipərəst siyasətçilərin deyil, tərəfdaş olduğu dövlətlərin rəsmi mövqeyini əsas götürür və siyasətini də bu mövqeyə uyğun olaraq qurur. Kris Smitin bu qərəzli addımı isə hələ ABŞ rəsmilərinin və Ağ Evin mövqeyi demək deyil. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a müsahibəsində deyib. 

“Əslində, Smit xarakterli siyasətçilər hər bir ölkədə var. Azərbaycanda da ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə ermənipərəst mövqedən yanaşdığını, ölkəmizə qarşı bəzən qərəzli mövqedən çıxış etdiyini, erməni diasporu və lobbisinin təsiri altına düşdüyünü düşünən insanlar var. Onlar da Azərbaycan haklmiyyətindən ABŞ-la strateji tərəfdaşlığa son qoyulmasını, ölkəmizə qarşı qərəzli yanaşmalara adekvat cavab verilməsini tələb edirlər. Lakin qeyd etdiyim kimi, biz bütün digər ölkələrlə əlaqələrlə olduğu kimi, ABŞ-la da münasibətlərin inkişafında maraqlıyıq, ayrı-ayrı çağırışların ikitərəfli münasibətlərə xələl gətirməsinə imkan vermirik. 

Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin “oyunu”na gedərsə, o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək – buna heç kəsin şübhəsi olmasın”, — deyə Əli Həsənov bildirib. 

Artıq ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin Konqresə təqdim etdiyi "Azərbaycan Demokratiya aktı" adlı layihəyə alternativ olaraq Azərbaycan Milli Məclisinə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olunub.

“Sputnik”in məlumatına görə, qanun layihəsinin müəllifi Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir. Layihədə bildirilir ki, müstəqillik illərində Azərbaycan bir sıra ölkələrin, xüsusən də ABŞ-ın müxtəlif qurumlarının ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili standartlarla üz-üzə qalıb: “Bu qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərir. Belə üsullardan biri də insan hüquqları və demokratiya kimi məsələlərdə qərəzli və birtərəfli mövqe tutaraq, ölkəni daim təzyiq altında saxlamaqdır”.  

Millət vəkili Hikmət Babaoğlu Milli Məclisə təqdim olunan qanun lahiyəsini belə dəyərləndirir:

“Çox təəssüf ki, 21-ci əsrin qlobal və aparıcı dəyərləri hesab olunan demokratiya və insan haqları bəzi ölkələr tərəfindən siyasi istismar vasitəsinə çevrilir. Bundan istifadə edərək ayrı-ayrı milli dövlətlərin daxili və xarici siyasətinə təzyiq göstərməyə çalışırlar. Hətta bəzən bu azmış kimi üstəlik bunu bir şantaj vasitəsinə də çevirirlər. Kris Smitin təqdim etdiyi bu lahiyədə anti-Azərbaycançı mərkəzlərin dəyirmanına su tökən onların maraqlarına xidmət edən bir lahiyədir. Bütün milli dövlətlər beynəlxalq münasibətlər sistemində bərabər hüquqlu aktorlardır. Ona görə də hər bir dövlətin ali qanunverici orqanında bu və ya digər məsələyə münasibət bildirmək olar. Bu çox normal bir hadisədir. Bu lahiyə paralel olaraq adekvat münasibətin bir növ göstəricisi olacaqdır və hesab edirəm ki, belə də lazımdır”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun fikirncə, Azərbaycan xaricdən gələn təzyiqləri cavabsız saxlasa, bu ölkəyə qarşı əlavə addımlara şərait yarada bilər:

“Kris Smit qanun lahiyəsi təqdim eləyib. Bizim də parlamentə təqdim olunan qanun lahiyəsi ona cavab reaksiyasıdır. Orada nələr nəzərdə tutulubsa bizim də bu qanun lahiyəsində həmin şeylər nəzərdə tutulub. Eləcə də tutaq ki, əgər bizə ABŞ-a tərəf getməyə icazə verilməyəcəksə, bizdə ABŞ-ın Əfqanıstan kompaniyasına maneçiliklər yaradacayıq. Yox əgər Konqres Kris Smitin qanun lahiyəsini qəbul eləməyəcəksə, yaxud  bu gün ya sabah Konqres lahiyəsinə reaksiya versin onda təbii ki, bizim də parlament eyni münasibəti indi təqdim olunan qanun lahiyəsinə göstərəcək. Yəni cavabdır. Ən böyük qüsur o olardı ki, ABŞ tərəfindən atılan bu pis niyyətli addımı  cavabsız qoyaq. Azərbaycan o dövlətdir ki, Azərbaycanla bağlı atılan yaxşı addımlara da reaksiya verir, o cümlədən Azərbaycana qarşı pis addımlara, təxribatlara da qarşı reaksiya verir”. 

Xatırladaq ki, dekabrın 17-də ABŞ-ın Helsinki Komissiyasının sədri Kris Smit ABŞ Konqresinə Qanunun Aliliyi və İnsan Haqları naminə “Azərbaycanda Demokratiya 2015” adlı qanun layihəsini təqdim etmişdir.

Xəbər lenti
0