BAKI, 25 dek — Sputnik. Gürcüstan parlamentinin əksəriyyətinin təklifi ilə Georgi Kvirikaşvilinin namizədliyi prezidentə təqdim edilib. Prezident namizədi təsdiq etdikdən sonra o hökumətin yeni tərkibini və yeni proqramını parlamrentə təqdim etməlidir.
Dekabrın 23-də İrakli Qaribaşvili gözlənilmədən Gürcüstanın baş naziri postundan istefa verdiyini açıqlayıb. Georgi Kvirikaşvili Qaribaşvilinin kabinetində baş nazirin müavini və xarici işlər naziri vəzifələrini tuturdu.
Kvirikaşvili İllinoys universitetinin maliyyə magistri dərəcəsinə malikdir. O 2012-ci ildən etibarən Gürcüstan hökumətində müxtəlif vəzifələr tutur.