Novruz bayramında 8 gün iş olmayacaq

© SİANovruz bayramı
Novruz bayramı - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti 2016-cı ilin bayram günlərini açıqladı.

BAKI, 25 dek-Sputnik. Nazirlər Kabineti 2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib.

Sputnik-in məlumatına görə, qərara əsasən 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 6, 7 iyul Ramazan bayramı, 12,13 sentyabr Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Əmək Məcəlləsinə əsasən gələn il Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün gələn il Novruz bayramında 8 gün — 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixlərində qeyri-iş günü olacaq.

Xəbər lenti
0