Təbriz nümunəvi müsəlman şəhəri seçilib

© yestravel.ruTəbriz şəhəri
Təbriz şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Qərar İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin Nigerdə keçirilən 9-cu iclasında qəbul edilib.

BAKI, 24 dek — Sputnik. İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəri 2018-ci il üçün İslam ölkələrinin nümunəvi turizm şəhəri seçilib.

Bu barədə İranın "azeri.sahar.tv" xəbər saytı məlumat yayıb.

Qərar İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin Nigerdə keçirilən 9-cu iclasında qəbul edilib.

2017-ci il üçün isə Səudiyyə Ərəbistanın Mədinə şəhəri İslam dünyasının örnək turizm şəhəri elan olunub.

Xəbər lenti
0