BAKI, 24 dek — Sputnik. Azərbaycanda yerli valyutanın dəyərdən düşməsi, manatın dollar qarşısında kəskin ucuzlaşması dünya mətbuatında da geniş yer tutub. Xüsusilə də ingilis dilli media Azərbaycandakı devalvasiya xəbərini ilk səhifələrinə çıxarıblar.
ABŞ-ın məşhur Washington Post qəzeti manatın ucuzlaşmasını "Azərbaycan üzən məzənnəyə keçdi" başlığı ilə oxuculara təqdim edib.
Xəbərdə neft qiymətlərindəki ucuzlaşmanın Azərbaycan iqtisadiyyatına da təsir etdiyi bildirilir.
"Mərkəzi bank daha uzun müddət tab gətirə bilmədi və valyutanı sərbəst buraxdı" deyə məqalədə qeyd olunur.
Qəzetdə iqtisadçı ekspert Oqtay Haqverdiyevin dəyərləndirmələrinə də yer verilib.
Ekspert, hazırki neft qiymətləri ilə manatın məzənnəsini qorumağın çətin olduğunu deyib.