Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uçuğa tez-tez yoluxanların oxuması məsləhətdir

© EkspressDodaqda uçuq
Dodaqda uçuq - Sputnik Azərbaycan
Abunə olmaq
Bir çox həkimlərə görə, əlavə dərmana və müalicə üsullarına ehtiyac yoxdur.

BAKI, 24 dek — Sputnik. Uçuq xəstəliyi (elmi dildə Herpes simpleks virusu) dəri və ağız kənarlarında müşahidə olunan içi su dolu kisələrdən ibarət yoluxucu bir xəstəlikdir. Bu virusun səkkiz tipi olsa da, klinik olaraq daha çox iki tipinə rast gəlinir.

Uçuq daha çox ağız və burun kənarlarında yaranır. Bu xəstəliyin ən pis növü HSV 3 adlanır və dodaqların üzərində çıxır. Bu tip digərlərindən fərqli olaraq içi su dolu kisələr şəklində deyil, qızartı və iynə batması şəklində hiss edilən və digərlərindən daha kəskin ağrılar verən bir növdür.

Uçuğun bu növ virusu qurşaq şəklində müəyyən bir sahəni tutar, əvvəlcə ağrılar başlayar, nöqtə nöqtə qızartılar əmələ gələr. Bu qabarcıqlar çox qısa müddət içərisində açılıb üzərləri sulanır. Daha sonra üzəri sulanan yaralar qabıqlayır. Qabıqlar sarı-ağ rəngli olur və yavaş-yavaş özlüyündə yumşalaraq düzəlir.

Uçuq virusu təmasla — öpüşmə, cinsi əlaqə, eyni dəsmalı istifadə etməklə yoluxa bilir.
Ağrılar bir müddət davam etdikdən sonra heç bir iz buraxmadan yaxşılaşar. Bir çox həkimlərə görə, əlavə dərmana və müalicə üsullarına ehtiyac yoxdur.

Xəbər lenti
0