BAKI, 24 dek-Sputnik. Biz hələ layihəni görməmişik. Lakin həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlayırıq.
Sputnik Meydan TV-yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi deputat Rövşən Rzayevin Milli Məclisə təqdim etdiyi "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsinə münasibətində bildirib.
Səfirlik qeyd edib ki, bu məsələdə Azərbaycanla dialoqa hazırdırlar:
"Heç bir ölkə mükəmməl deyil. İnsan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması təkmilləşdirmə sahələri ilə bağlı davamlı dialoq və təhlilin aparılmasını tələb edir. Biz əvvəlki kimi bu məsələlərin üzərində hər iki ölkənin faydalanması üçün Azərbaycanla açıq və səmimi dialoqa hazırıq".