BAKI, 24 dek — Sputnik. Somali, Bruney və Tacikistanda yeni il şənlikləri keçirmək rəsmi qadağan edilib. Qərar, xalqın böyük əksəriyyətinin müsəlman olması ilə əsaslandırılıb.
Sputnik Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sahədə ən sərt qərarı Bruney rəhbərliyi verib. Ölkədə xalqın böyük hissəsinin müsəlman olduğunu deyən Bruney sultanı Hassanal Bolkiah yeni ilin keçirilmə tərzinin İslam ənənəsinə zidd olduğunu deyib:
"İsa peyğəmbərin doğum günü içki və zina ilə qeyd olunmaz. Siz də bu günü içki içməyin və zina ilə məşğul olmayın."
Bruneydə qaydanı pozanlar 5 il həbs ediləcəklər.
Tacikistan və Somali rəhbərliyi isə qadağa barədə hər hansı rəsmi açıqlama verməyiblər. Ehtimal olunur ki, onlar da Bruneydəki səbəbdən yeni ilin bayram kimi qeyd olunmasını qadağan ediblər.