BAKI, 23 dek-Sputnik. "Bu bir təşəbbüsdür, ciddi müzakirəsinə ehtiyac var. ABŞ-la savaş Azərbaycana nə vəd edir və perspektiv olaraq biz tamamilə Rusiyanın istədiyi kursa yönəlirik, yoxsa müstəqil kursu davam etdiririk, bu sualları ilk öncə cavablandırmaq lazımdır."
Bu fikirləri Sputnik-ə millət vəkili Fazil Mustafa Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin Milli Məclisə təqdim etdiyi "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsini şərh edərkən deyib.
Fazil Mustafa ABŞ-a qarşı bu formada addımları faydalı hesab etmədiyini bildirib. "Hər halda bu formada dirənişin ölkəmiz üçün faydalı olacağını düşünmürəm və daha fərqli, orta məxrəcə gətirən yolların tapılmasının vacibliyini düşünürəm" — deyə millət vəkili bildirib.