CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəbatat bağında xoşagəlməz işlər baş verir

© gardensAMEA-nın rəhbərliyi Nəbatat bağında
AMEA-nın rəhbərliyi Nəbatat bağında - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA-nın prezidenti: Elmi işlərə aid olmayan məsələlər tamamilə yığışdırılmalıdır.

BAKI, 23 dek-Sputnik. Akademiyanın institutlarının direktorları cavanlar, gənclər olmalıdır. Gec, yaxud tez Akademiyanın institutlarının rəhbərliyinə gənc alimlər gəlməlidir.

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, AMEA-nın Nəbatat bağında xoşagəlməz hadisələr baş verir. "Nəbatat bağında elmi işlərə aid olmayan kənar məsələlər tamamilə yığışdırılmalıdır" — deyə prezident əlavə edib.

AMEA-nın Rəyasət Heyətinin bugünkü iclasında bir sıra kadr dəyişiklikləri də baş verib. AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə təyinatı təsdiqlənib.

Eyni zamanda, iclasda qəbul edilən qərarla biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini müvəqqəti icra edəcək.

Biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev AMEA-nın Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilib.

Xəbər lenti
0