BAKI, 23 dek-Sputnik. OPEK (OPEC) neftin bir barelinin nominal dəyərinin 160 dollara qədər artacağını proqnozlaşdırıb.
Sputnik-in məlumatına görə, bu barədə Rambler News Service OPEK-in hesabatına istinadən xəbər yayıb.
OPEK mütəxəssisləri 25 ildən sonra dünyada neftə olan tələbatın 20% artacağını proqnozlaşdırıblar.
OPEC-in hesabatında deyilir: "Beş ildən sonra neftin bir barelinin qiyməti 80 dollara çata bilər. 25 il sonra isə bu rəqəm 160 dollara qədər çıxacaq."