CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi

© xeberleKəndə Təsərrüfatı Nazirliyinin satış yarmarkası
Kəndə Təsərrüfatı Nazirliyinin satış yarmarkası - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik: Yarmarkalarda kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət ediləcək.

BAKI, 23 dek-Sputnik. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə 26-31 dekabr 2015-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə Bakının müxtəlif rayonlarında və Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını təşkil edəcək.


Sputnik Kənd Təsərrüfatı Nazirliyinin saytına istinadla xəbər verir ki, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. 

Eyni zamanda, yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

1. Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi-1
2. Suraxanı rayonu, Malik Mustafayev küçəsi 4, keçid 1848, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfatı Birliyinin yanı, Stadionun yaxınlığı
3. Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi — 534. Nərimanov rayonu, Keşlə bazarı
5. Xətai rayonu, Əhmədli, Bakı kino teatrının yaxınlığı, Məzahir Rüstəmov küçəsi ilə Sarayev küçəsinin kəsişməsi.
6. Sumqayıt şəhəri, 12-ci mikrorayon, Dəmiryolu vağzalının yanı.

Xəbər lenti
0