Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Millət vəkili nazirlik və komitələrin ixtisarını təklif edib

© azadliq.orgVahid Əhmədov
Vahid Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Vahid Əhmədov: Nazirliklərin sayını azaltmaq lazımdır. Neftdən gələn gəlirlərin aşağı düşdüyü bir vaxtda bu qədər komitə və nazirlik bizə lazım deyil.

BAKI, 23 dek — Sputnik. Nəqliyyat Nazirliyi başqa bir nazirliyin tərkibinə keçə bilər.

Bu barədə millət vəkili Vahid Əhmədov Sputnik-ə özəl müsahibəsində deyib.
Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi strateji planlar hazırlayan bir orqan olmalıdır. Gündəlik təsərrüfat işləri ilə məşğul olmaq agentliklərin işidir.

Millət vəkili sənaye nazirliyinin işini Nəqliyyat nazirliyinə örnək göstərək deyib:
"Necə ki bizdə Energetika Nazirliyi yaradılıb və bu nazirlik strateji perspektivi müəyyən edir, kontraktların hazırlanıb bağlanmasında iştirak edir, Nəqliyyat Nazirliyi də əslində bu cür fəaliyyət göstərməlidir".

Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən AZAL, Kaspar, ADDY-nin Nəqliyyat Nazirliyinin tərkibində qalıb-qalmamasına da münasibət bildirən deputat, həmin qurumların onsuz da müstəqil olduğunu söyləyib:
"Onlar müstəqil fəaliyyət göstərən səhmdar cəmiyyətlərdir. Onlar sərbəst işləyirlər və onların işinə nazirlik tərəfdən heç bir müdaxilə də edilmir".

Azərbaycanda nazirliklərin həddən artıq çox olduğunu vurğulayan Əhmədov, "ölkədə struktur dəyişikliyinə ciddi ehtiyac var" deyib:

"Nazirliklərin sayını azaltmaq lazımdır. Neftdən gələn gəlirlərin aşağı düşdüyü bir vaxtda bu qədər komitə və nazirlik lazım deyil. Bu sahədə struktur dəyişikliyi qaçılmazdır."

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.

Sputnik-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, fərmana əsasən Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb.

Yeni quruma Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək həvalə olunub.

Bakı Nəqliyyat Agentliyinin işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilib. Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.

Xəbər lenti
0