CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalist hüquqlarını pozanlar yüksək məbləğdə cərimə ödəyəcəklər

© azertac.azJurnalistlər
Jurnalistlər - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalist sorğusuna cavab verməməyə görə cərimələr artırılır.

BAKI, 23 dek-Sputnik. Azərbaycanda jurnalistlərin hüquqlarının pozulmasına görə cərimələr artırılır.

Milli Məclisdən Sputnik-ə verilən məlumata görə, bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsində təsbit olunub.

Maddəyə əsasən, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək.

Maddənin ikinci hissəində isə göstərilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.

Hazırda qüvvədə olan Məcəlləyə görə isə bu cərimələr müvafiq olaraq 40 manatdan 70 manata qədər və 60 manatdan 90 manata qədərdir.

Yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu təqdirdə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Xəbər lenti
0