BAKI, 23 dek — Sputnik. Türkiyədə 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra baş nazir olan Saim Bülənt Ulusu 92 yaşında dünyasını dəyişib.
Hakimiyyət çevrilişindən sonra ölkənin Milli Təhlükəsizlik Şurası Ulusuya 44-cü hökuməti formalaşdırmağı tapşırıb. Bununla da o, Türkiyənin 18-ci baş naziri kimi tarixə düşüb.
Saim Bülənt Ulusu 1983-87-ci illərdə millət vəkili də olub.
1980-ci il sentyabr 12-də baş verən hərbi çevrilişin başçısı general Kənan Evren olub. O, bu il mayın 10-da 98 yaşında vəfat edib.