Yunanıstan Fələstinin müstəqilliyini tanıdı

Afina
Afina - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksis Tsipras: Yunanıstan Fələstini dövlət kimi tanıyacaq və rəsmi yazışmalarda "Fələstin hakimiyyəti" əvəzinə "Fələstin" ifadəsindən istifadə edəcək.

BAKI, 23 dek-Sputnik. Yunanıstan parlamenti Fələstinin dövlət müstəqilliyini tanımağa qərarı verib.

Sputnik-in məlumatına görə, ötən gün yunan parlamentinin spikeri Nikos Vuçis xüsusi sessiyada Fələstinin dövlət müstəqilliyinin tanınması ilə bağlı tövsiyə verib. Onun tövsiyəsi əsasında səsverməyə çıxarlan qərar yekdilliklə qəbul edilib. Səsvermə prosesini Yunanıstanın baş naziri Aleksis Tsipras və Fələstinin dövlət başçısı Mahmud Abbas da izləyib.

Səsvermədən sonra parlamentdə çıxış edən Mahmud Abbas bütün dövlətləri Fələstini müstəqil dövlət kimi tanımağa çağırıb. "Mən hamını, dünyadakı bütün dövlətləri İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəkləməyə çağırıram" — Fələstin lideri deyib.

Yunanıstanın baş naziri Fələstin lideri ilə görüşdən sonra verdiyi açıqlamada, ölkəsinin Fələstini dövlət kimi tanıyacağını və rəsmi yazışmalarda "Fələstin hakimiyyəti" əvəzinə "Fələstin" ifadəsindən istifadə edəcəklərini bildirib.

Yunanıstan parlamentinin bu qərarı hökumətə tövsiyə xarakteri daşıyır. Bundan əvvəl Böyük Britaniya, İrlandiya, Fransa parlamentləri də oxşar qərarlar qəbul edib.

Xəbər lenti
0