Azərbaycanlıları qorxudan “21” rəqəminin sirri

© Flickr / Horia Varlan21
21 - Sputnik Azərbaycan
Abunə olmaq
“21” əslində yaxşı rəqəmdi, bizə çatanda belə oldu...

Azərbaycanlıları qorxudan “21” rəqəminin sirri
Rəqəmlərin xüsusi mənasının olması, hesablar üzərindəki əlamətlər haqda bilgilər hər zaman insanları özünə cəlb edib. Tarix boyu insanlar rəqəmlərin xüsusi mənasının olmasına inanıb və bunun üzərində fərqli nəzəriyyələr meydana gəlib. Demək olar ki, bütün ideya və cərəyanlarda xüsusi seçilən, hətta müqəddəsləşdirilən rəqəmlər olub.

Bəziləri 13, 666 kimi rəqəmlərdən qorxar. Müqəddəs mətnlərdə 666 şeytanı simvolizə edir. Hətta ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan yeni evinə köçəndə küçənin nömrəsinin 666 olduğunu biləndə onu 668 edilməsini əmr edib. 13 rəqəminin də uğursuz olması haqda müxtəlif versiyalar var. Bunlardan ən geniş yayılanı isə odur ki, Yahuda İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi sonuncu şam yeməyində 13-cü stulda oturub. Məhz bu inanca görə bir çox binaların 13-cü mərtəbəsi yoxdur. Həmin binlarda 12-dən sonra 12B, ya da birbaşa 14-cü mərtəbə gəlir.

İslam rəqəmlərdə hər-hansı bir sehrli gücün olmasını və yaxud uğurlu-uğursuz rəqəmlər nəzəriyyəsini birmənalı şəkildə rədd etsə belə, müsəlman dünyasında da rəqəmlərə özəl münasibət mövcud olub. Belə ki, 14, 72, 114, 313 müsəlman aləmində seçilmiş rəqəmlər hesab olunur.

Bəs maraqlıdır, 21 rəqəmi ilə hansı inanclar bağlıdır? Qısa tarixə nəzər salaq. 21 dekabr tarixlərində nələr baş verib? 1976-cı ildə An-22 “Antey” faciəsi, 1988-ci il – Lokerbidə Boeing 747-nin partlayışı, 1991-ci il – SSRİ-nin rəsmən dağılması, 2007-ci il – Şenqen razılaşması və s.

Bəs bu rəqəmi Azərbaycan ilə nə bağlayır? 21 dekabr 2012-ci il – dünyanın “sonu” olmalı idi, 21 fevral 2015-ci il isə devalvasiya baş verdi. Bu az imiş kimi, dekabrın 21-i ikinci dəfə manatı zəiflədən “üzən məzənnə”yə keçid oldu. 

Astroloq Firudin Qurbansoy hesab edir ki, bu, xüsusi bir hadisə deyil:

“21 rəqəmində pis heçnə yoxdur. Dekabr ayının 21-də olması mən deməzdim ki, bu xüsusi hadisədir. Sadəcə, ya müharibələri, ya belə kəskin dönəmləri güc dəyişməsinə salırlar”.

Astroloqun sözlərinə görə, 21 rəqəmi cəmləşərkən üç rəqəmini verir. Bu isə 21 rəqəmi əslində yaxşı rəqəm olmalı idi:

“İki əslində düz xətt verir, amma üç — ilk fiquru verir. Ona görə də, ailə üçdən başlayır: ata, ana və övlad. Əgər ata və anadırsa, övlad yoxdursa, o ailə, əlbəttə ki, yarımçıq ailədir. Amma övlad olandan sonra bu artıq kamil bir qurumdur. Ona görə də, üç deyəndə, “Atalar üçdən deyib” deyirlər, “Atalar ikidən deyib” demirlər. Atalar heç dörddən də deməyib – atalar üçdən deyib. Hər şeyin əsası üçdür”.

Numerologiyaya görə, 21 yaxşı rəqəmlər kateqoriyasına aiddir. Bu rəqəm uğur gətirir. Lakin bu prinsip, ilk növbədə çalışqan və öz məqsədlərinə nail olmaq üçün səy göstərən insanlar üçün doğrudur. Tənbəllərə isə bu rəqəm uğur gətirmir, onlar üçün 20 rəqəmi uğurludur. Bundan belə nəticəyə gəlmək olar ki, Mərkəzi Bankda da rəqəm inanclarına özəl münasibət göstərsəydilər, manatı sarsıdan qərarlar 21-i deyil, ayın 20-si qəbul olunardı. 

Xəbər lenti
0