Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentlər görüşdülər

© AzərtacAzərbaycan prezidenti İlham Əliyevin Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə geniş tərkibdə görüşü
Azərbaycan prezidenti İlham Əliyevin Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə geniş tərkibdə görüşü - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

BAKI, 22 dek-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb. Görüşdən sonra İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana rəsmi səfəri - Sputnik Azərbaycan
Əfqanıstan prezidenti Azərbaycana gəldi

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani imzalayıblar.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Milli Radio və Televiziyası arasında əməkdaşlığa dair Saziş"i "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov, Əfqanıstanın Milli Radio və Televiziyası adından Sultan Əhməd Bahin imzalayıblar.

Xəbər lenti
0