Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazirdən bəyanat: İdxal olunan məhsulların qiyməti artacaq

© APAİqtisadiyyat və sənaye naziri Şahin Mustafayev
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev - Sputnik Azərbaycan
Abunə olmaq
Şahin Mustafayev: Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq.

BAKI, 22 dek-Sputnik. İstehlak bazarında süni qiymət artımının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcək.

Sputnik-in məlumatına görə, bu fikri hazırda Tehranda rəsmi səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısının alınması üçün dövlət bütün zəruri tədbirləri görəcək.

Şahin Mustafayev onu da deyib ki, təbii olaraq, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq.

Lakin nazilik bu prosesə nəzarət edəcək, süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq.

Xəbər lenti
0