Fələstindən İsrailə tarixi çağırış

Mahmud Abbas
Mahmud Abbas - Sputnik Azərbaycan
Abunə olmaq
Mahmud Abbas: Fələstin probleminin həlli üçün İsrail tərəfinə əlimizi uzadırıq və cavab gözləyirik.

BAKI, 22 dek — Sputnik. Yunanıstanda səfərdə olan Fələstin dövlətinin rəhbəri Mahmud Abbas, verdiyi açıqlama ilə bütün dünyanın diqqətini özünə çəkib. Abbas, Fələstin probleminin birdəfəlik həlli üçün İsraillə əməkdaşlığa hazır olduqlarını və qarşı tərəfə əl uzatdıqlarını deyib.

"İsrailin Fələstin torpaqlarının işğalına son qoyması zəruridir. Effektli müzakirələr üçün bu şərtdir. Bölgədə iki dövlətli həll olmadıqca Yaxın şərqə sülh gəlməz. Paytaxtı şərqi-Qüds olmayan Fələstin dövləti qurulmadıqca böhran davam edəcək".

Mahmud Abbas, İsrail-Fələstin danışıqlarında Yunanıstanın vacib rol oynaya biləcəyini açıqlayıb.

Öz növbəsində Yunanıstanın baş naziri Aleksis Çipras, Abbasın Afina səfərinin Fələstin probleminin həllinə təkan verəcəyini vurğulayıb.

Xəbər lenti
0