Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Manat ucuzlaşmaqda davam edir

© Sputnik / Mikhail Kutuzov / Mediabanka keçidдоллар
доллар - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün dollar və Avro manata nisbətdə bahalaşıb.

BAKI, 22 dek-Sputnik. Bu səhər Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi məzənnələr ölkə əhalisi üçün ürəkaçan heç nə vəd etməyib. Ötən günlə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi yüksəlib.

© SputnikSon 10 il ərzində Azərbaycan manatının başına gələnlər
Son 10 il ərzində Azərbaycan manatının başına gələnlər - Sputnik Azərbaycan
Son 10 il ərzində Azərbaycan manatının başına gələnlər
 

Sputnik-in məlumatına görə, Mərkəzi Bankın dekabrın 22-nə olan rəsmi məzənnələr bülletenində dolların rəsmi məzənnəsinin dekabrın 21-i ilə müqayisədə 0,07% və ya 0,0011 manat artaraq 1,5511 manat olduğu müşahidə edilir.

Bivalyuta səbətinə daxil olan Avronun məzənnəsi də yüksəlib. Belə ki, Avrozonanın vahid valyutası 0,53% və ya 0,0089 manat artaraq 1,6939 manata çatıb.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,46% və ya 0,0001 manat ucuzlaşaraq 0,0217 manat olub.

Xəbər lenti
0