Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Son 10 il ərzində Azərbaycan manatının başına gələnlər

Abunə olmaq
Son illər müşahidə olunan Azərbaycan manatının möhkəmlənmə tendensiyası 2015-ci ildə milli valyutanın təxminən 2 dəfə düşməsi ilə yarıda qaldı.

Azərbaycan Mərkəzi Bankı 2015-ci il dekabrın 21-də milli valyutanın üzən məzənnə rejiminə keçməsi barədə qəbul etdiyi qərar manatın dəyərinin təxminən 50% düşməsinə səbəb oldu.

Belə qeyri-populyar addımın atılmasının səbəbi əlverişsiz qlobal iqtisadi şərait və ölkənin əsas ixrac məhsulu olan neftin qiymətinin davamlı olaraq düşməsindədir.

Üzən məzənnəyə keçməklə bazar ertəsindən Azərbaycanda 1 dollar 1,55 manata, 1 avro isə 1,685 manata bərabər olub. Bu, manatın 2005-2015-ci ildə illərdə qeydə alınmış ən zəif göstəricisidir. Bu illər ərzində Azərbaycan valyutası 2015-ci ilin fevralında baş vermiş devalvasiyaya qədər davamlı olaraq möhkəmlənib. 

Sputnik-in təqdim etdiyi infoqrafikada manatın dollar və avroya qarşı orta illik məzənnəsinin dinamikası, həmçinin 2015-ci ilin yüksək devalvasiya hədləri göstərilib.

Xəbər lenti
0