CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşlədiyi bankı soyan azərbaycanlı İnterpola verildi

© AFP 2024 / PHILIPPE DESMAZESInterpol
Interpol - Sputnik Azərbaycan
Abunə olmaq
Toğrul Mirzəzadə dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilir.

BAKI, 21 dek – Sputnik. “Parabank” ASC-nin Nizami filialının əməkdaşı 33 yaşlı Toğrul Mirzəzadə axtarış üçün beynəlxalq polis təşkilatı “İnterpol”a verilib.

Bu haqda İnterpolun rəsmi saytında məlumat dərc edilib.

Toğrul Mirzəzadə dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

Mirzəzadə, filialın digər əməkdaşı Orxan Uğurluzadə ilə qabaqcadan razılaşaraq, bir çox sənədlərin məzmununa saxta məlumatlar daxil etməklə vəzifə səlahiyyəti aşıb. O, aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olaraq ümumilikdə 127 min 804 manat məbləğində banka məxsus külli miqdarda əmlakı ələ keçirməklə “Parabank” ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

© nterpol.intAxtarışda olan Toğrul Mirzəzadə - Interpol
Axtarışda olan Toğrul Mirzəzadə - Interpol - Sputnik Azərbaycan
Axtarışda olan Toğrul Mirzəzadə - Interpol

2014-cü ildə Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbs, Toğrul Mirzəzadəyə həmin məcəllənin 178.3.2 və 313-cü, Seymur Abdullayevə 178.3.2-ci, Əfqan Vəliyevə isə 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Sonradan O. Uğurluzadə məhkəmə qarşısına çıxarılıb, T. Mirzəzadə isə Azərbaycandan qaçıb.

Xəbər lenti
0