Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Deputat: Hökumət ərzağın qiymətinin qalxmasının qarşısını almalıdır

CC0 / Heamer / marketƏrzaq dükanı - supermarket
Ərzaq dükanı - supermarket - Sputnik Azərbaycan
Abunə olmaq
Rüfət Quliyev: Kiçik və orta biznesi səylə inkişf etdirmək lazımdır ki, daxili istehsal hesabına istehlak təmin edilsin.

BAKI, 21 dek-Sputnik. Azərbaycan hökuməti manatın devalvasiyası nəticəsində ərzaq məhsullarının qiymətinin artımını qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək.

Sputnik-in məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hazırda devalvasiyanın qiymətlərə necə təsir edəcəyi barədə danışmaq çox çətindir, lakin dövlət qiymət artımının qarşısını almaq məqsədilə mümkün olan hər şeyi edəcək: "Azərbaycana gətirilən məhsullar bahalaşmamalıdır. Manatın ucuzlaşması ola bilsin idxal edilən mallara təsir edəcək. Əsas olan qida məhsulları, kommunal xidmətlər, nəqliyyat üzrə qiymətləri qorumaqdır ki, yaranmış vəziyyət əhalinin rifahına çox güclü təsir etməsin".

Deputat Azərbaycan manatının devalvasiyası barədə qərarın Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının azalması səbəbinə görə məcburi və gözlənilən olduğunu deyib: "Nəzərə alsaq ki, son 10-15 gün ərzində Mərkəzi Bank valyuta intervensiyasında 100 milyonlarla manat itirdi, sonrakı gözlənti bütün valyuta ehtiyatlarının tam azalmasına gətirib çıxara bilərdi. Bu qərar prinsipcə gözlənilən idi".

Üzən məzənnəyə keçidin səbəblərindən biri ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırmaq qərarı olub.

Deputatın sözlərinə görə, istənilən halda ajiotaja uymaq lazım deyil, çünki hökumət devalvasiyanın yaratdığı bütün mənfi prosesləri dayandırmağa çalışacaq.

"Kiçik və orta biznesi səylə inkişaf etdirmək lazımdır ki, daxili istehsal hesabına istehlak təmin edilsin. Digər tərəfdən məhsullarımızın ixracının genişləndirilməsi üçün imkan və stimul yaranır" — deyə Rüfət Quliyev əlavə edib.

Xəbər lenti
0