CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Manatın dəyərdən düşməsi tələbələrin durumunu daha çox ağırlaşdıracaq

© Photo : REPORTİmtahan
İmtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt sakinləri hökumətdən ciddi addım gözləyirlər.

BAKI, 21 dek — Sputnik. Manatın məzənnəsinin dəyərdən düşməsi, dolların bahalaşması əhali arasında təşviş yaradıb. Paytaxt sakinləri yenidən bahalaşma olacağından narahat olduqlarını bildiriblər.

Əsasən də dollarla götürülən kredit ödənişlərində hər hansı problem yaranmasından ehtiyatlanan vətəndaşlar hökumətdən addım gözlədiklərini söyləyiblər.

Paytaxt sakini Nurəddin Verdiyev, məzənnə dəyişikliyinin əhalinin güzəranına təsir etməyəcəyini ümid etdiyini deyib:

"Onsuz da maaşlar azdı, üstəgəl bahalaşma olsa vəziyyətimiz daha da ağırlaşa bilər. Hökumətin tutarlı addım atmasını istəyirik. Süni bahalaşmaya imkan verməməsini istəyirik. Ən azından heç olmasa, ərzaq məhsulları bahalaşmasın."

Bakı Dövlət Universitetinin tələbəsi Aytac Əliyeva deyib ki, manatın dəyərdən düşməsi, həm kirayə haqlarının, həm də ərzağın artmasına səbəb olacaq. Bu isə tələbələrin etirazını doğura bilər:

"Bu səhər kirayədə qaldığım evin sahibi bildirdi ki, dollar qalxdığına görə, kirayənin qiyməti də qalxacaq və biz ayın sonunda kirayə haqqına əlavə ödəməliyik. Yəqin ki, ərzaq, digər zəruri mallar da bahalaşacaq. Düşünürəm ki, bu ən çox tələbələr arasında etirazların yüksəlməsinə səbəb olacaq."

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Emil Məmmədovun məsələyə baxışı isə daha orijinal olub:

"Tələbələrin vəziyyəti onsuz da ağır idi, bir az ağır olacaq. Hər şey bir yana, semestr imtahanlarının da qiyməti qalxacaq. Onsuz da, hər dəfə qiymətlər qalxanda, tələbələr kütləvi olmasa da, universitet daxilində etirazlarını bildirirlər." 

Digər sakinlər də Sputnik-ə açıqlamalarında, ərzaq məhsullarının bahalaşmasının kütləvi etiraza səbəb ola biləcəyini deyiblər.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Sputnik-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.

© sputnik.az/Фуад ГасановDekabrın 21-də Bakıda valyuta mübadilə şöbəsi
Dekabrın 21-də Bakıda valyuta mübadilə şöbəsi - Sputnik Azərbaycan
Dekabrın 21-də Bakıda valyuta mübadilə şöbəsi

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.

Xəbər lenti
0