BAKI, 21 dek-Sputnik. Ləğv olunan MTN Antiterror Mərkəzinin rəis müavini, ötən gün təcridxanada intihar edən İlqar Əliyev bu gün dəfn olunacaq.
Sputnik-in məlumatına görə, bu barədə APA-ya mərhumun vəkili Rəşad Mirmehdizadə bildirib. O deyib ki, mərhumun meyiti ötən gün gecə ailə üzvlərinə təhvil verilib və o, bu gün dəfn ediləcəyini bildirib.
İlqar Əliyev dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasının kamerasında özünü asaraq intihar edib.
Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.