BAKI, 20 dek-Sputnik. Azərbaycanda ana və uşaq ölümləri artıq adət halını alıb. Uğursuz doğuşun növbəti qurbanları Xaçmaz rayon sakini, 32 yaşlı Cəbrayılova Leyla Bilal qızı və onun körpəsi olub.
Sputnik APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayon sakini, L. Cəbrayılova Quba Mərkəzi Rayon Xəstəxanasının (MRX) Regional Perinatal Mərkəzinə gətirilib.
Doğuş zamanı vəziyyəti pisləşən Cəbrayılova ölüb, onun körpəsini də xilas etmək mümkün olmayıb.
Quba MRX-nın baş həkiminin müavini Əliyar Sərvərov bildirib ki, ölümü səbəbi hələlik məlum deyil, araşdırma aparılır.
Bu, L. Cəbrayılovanın 3-cü hamiləliyi olub. Onun iki azyaşlı övladı var.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.