CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın sonu artıq gəlib

© ufoleaks.suDünyanın sonu
Dünyanın sonu - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 20 dek-Sputnik. Dünyanın sonu barədə çox mülahizələr yürüdülüb, çox sözlər deyilib. Amma bizim təqdim edəcəyimiz söhbət onların heç birinə bənzəmir. Sputnik Cazibə on-line nəşrinə istinadla bu barədə maraqlı bir sosial tədqiqatın nəticəsini təqdim edir:

Bir universitetdə professor dərsə belə başlayır:

— Təsəvvür edin ki, bu gün dünyanın son günüdür Sabah bu vaxt hər şey yox olacaq. Xilas olmaq imkanınız da yoxdur. Bu gün nə edərdiniz?

Tələbələrdən müxtəlif cavablar gəlir:

— Dua edər, Allahdan günahlarımı bağışlanmağı istərdim.

— Bütün sevdiklərimlə vidalaşardım…

— Vaxtımı ailəmlə birlikdə keçirdərdim…

— Atamın —anamın yanına gedərdim…

— Dostlarımla bir yerdə olardım…

— Sevgilimə onu nə qədər sevdiyimi söyləyərdim….

— Bütün sevdiyim yeməkləri yeyərdim…

— Son dəfə meşədə gəzərdim…

— Son dəfə ulduzlara baxardım…

— Son dəfə dənizi seyr edərdim….

— Ən sevdiyim kitabı oxuyardım….

— Ən sevdiyim musiqiyə qulaq asardım…

— Ən çox sevdiyim yeməkləri bişirib, bütün sevdiklərimi qonaq çağırardım…

— Həyatda ən çox getmək istədiyim yerə gedər və ölümü orda gözləyərdim…

— Qəlbinə dəydiyim insanlara zəng edər, üzr istəyər, məni bağışlamağı xahiş edərdim…

Professor bu cavabların hamısını lövhəyə yazır. Sonra gülümsəyərək soruşur:

— Uşaqlar, doğurdanmı bütün bunları etmək üçün dünyanın son gününü gözləmək lazımdır?
Və əlavə edir: Bəli, bu gün artıq dünyanın son günüdür…

Xəbər lenti
0