BAKI, 20 dek-Sputnik. Hindistanlı Pankaj Parak adlı bir iş adamı özünə qızıldan köynək hazırladıb. O, bunu özünə ad günü hədiyyəsi etdiyini söyləyib. Bu qeyri-adi geyim nə az, nə çox 213 min dollar dəyərindədir.
© newsdrizzle.blogspotDatta Phuge - Hindistanlı biznesmen
Datta Phuge - Hindistanlı biznesmen
© newsdrizzle.blogspot
Pankaj Parak özü tekstil sahəsində fəaliyyət göstərir. 45 yaşlı Pankaj bu maraqlı hədiyyə ilə hər kəsin diqqətini çəkib. Köynəyin 18-22 karat qızıldan hazırlandığı və təxminən dörd kq ağırlığında olduğu bildirilib.
Özü üçün qızıl köynək istehsal edən Pankaj bu sahədə tək deyil. Ötən il də Datta Phuge özünə 23 min 500 dollar dəyərində qızıl köynək hazırlatmışdı. Pankaj öz qızıl köynəyi ilə indi həmyerlisi Phugenin rekordunu təzələyib.