BAKI, 20 dek – Sputnik. SNBA-da Azərbaycanı bu il təmsil edən gənc fotoqraf Maya Bağırova qaliblər sırasına öz adını yazdırıb. Report-un xəbərinə görə, beş fotosu ilə yarışmaya qatılan Bağırova “Fotoqrafiya” nominasiyasında üç mükafata layiq görülüb.
Luvr Muzeyinin Karusel salonunda müsabiqənin mükafatlandırma mərasimində azərbaycanlı fotoqraf “Tənhalıq” və “Çöl gülləri” fotolarına görə, “Fotoqrafiya” nominasiyası üzrə 2 qızıl medal və “Jan Larivyer” mükafatını qazanıb.
Qeyd edək ki, azərbaycanlı fotoqraf ilk dəfə olaraq bu müsabiqəyə qatılırdı.