BAKI, 20 dek – Sputnik. Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinə mərkəzləşdirilmiş nəzarət üzrə agentlik yaradılması planlaşdırılır. Trend-in Dünya Bankının (DB) Azərbaycan nümayəndəliyinə istinadən verdiyi məlumata əsasən, bununla bağlı Azərbaycan höküməti ilə Dünya Bankının birlikdə hazırladığı “Bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiya” layihəsi var və sözügedən agentliyin hazırlanması həmin strategiyada irəli sürülmüş ssenarilərdən biridir.
DB-nin Bakı ofisinin məlumatına görə, hazırda agentliyin yaradılmasına dair müzakirələr davam edir. “Hökumətin seçəcəyi variantın əsasında strategiyanın yekun versiyası 2016-cı il yayın əvvəlində hazır olacaq”, —deyə məlumatda bildirilir.