CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cavid Hüseynovun üzərindən “qətldə təşkilatçı olma” ittihamı götürüldü

Futbolçu Cavid Hüseynov
Futbolçu Cavid Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Fariz Nəcəfov: “Həbsdə olmasına səbəb olan maddə də məhkəmədən sonra götürüləcək və Cavid geri dönəcək”

BAKI, 20 dek — Sputnik. Jurnalist Rasim Əliyevin qətlində ittiham olunan Cavid Hüseynov haqqında yeni qərar qəbul olunub. Qərara əsasən, Cavid Hüseynovun barəsində Rasim Əliyevin qətlində təşkilatçı olma ittihamı ləğv edilib. Reportun məlumatına görə, xəbərə Qəbələ klubunun vitse – prezidenti Fariz Nəcəfov aydınlıq gətirib.

Nəcəfov açıqlamasında deyib: “Ümid edirik ki, həbsdə olmasına səbəb olan maddə də məhkəmədən sonra götürüləcək və Cavid geri dönəcək. Tezliklə qış toplanışını da bizimlə keçəndən sonra, bu, elə yeni legioner almağımıza bərabər bir şey olacaq”.

Qeyd edək ki, jurnalist Rasim Əliyev 8 avqust 2015 — ci ildə döyülərək qətlə yetirilib. Bundan sonra Cavid Hüseynov şübhəli şəxs qismində saxlanılıb. O, bibisi oğlu E. İsmayılovun təşkilatçılığı ilə həyata keçirilən cinayəti bilərək susması və cinayət törədildikdən sonra, cinayətkarı əvvəldən vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verilməsində şübhəli olduğuna görə, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.

Xəbər lenti
0