Xərçəng daha bir jurnalistin həyatına son qoydu

© Facebook/Murad Hüseynovmərhum jurnalist Gülər Məmmədova
mərhum jurnalist Gülər Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 19 dek-Sputnik. Xərçəng ölkə jurnalistləri arasından daha bir can aldı. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova dünyasını dəyişib.

O, ANS telekanalının Baş direktorunun köməkçisi Murad Hüseynovun həyat yoldaşı idi. Murad Hüseynovun Gülər Məmmədovun həyatını qurtarmaq üçün göstərdiyi bütün çabalar nəticəsiz qaldı.

Yaxınlarınını verdiyi məlumata görə, son günlər Gülər Məmmədovanın vəziyyəti ağırlaşmışdı. O, ağciyərlərində problem yarandığına görə, çətin nəfəs alırdı. Bu səbəbdən üç gün idi ki, onu süni nəfəs aparatına qoşmuşdular.

Uzun müddətdir qan xərçəngindən əziyyət çəkən Gülər Məmmədova Türkiyədə müalicə olunub. Daha sonra Azərbaycana qayıdan jurnalistin vəziyyəti yenidən pisləşib. Müayinə zamanı onun yenidən leykoz olduğu müəyyən edilib.

G.Məmmədova müalicə almaq üçün yenidən Türkiyəyə aparılıb. Lakin bu dəfə müalicə nəticə verməyib və onun vəziyyəti ağırlaşıb. Onun Osman və Ayan adında iki azyaşlı övladı var.

Xəbər lenti
0