Vaşinqtondan mesaj: Amerika Rusiyanı güclü görmək istəyir

© AFP 2024 / Brendan SmialowskiAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 19 dek-Sputnik. Vaşinqton Moskva ilə qarşıdurma axtarmır və ümumi çağırışlara qarşı mübarizə aparmaq üçün Rusiyanı güclü görmək istəyir.

Sputnik-in xəbərinə görə, ABŞ dövlət katibi Con Kerri belə deyib. "Biz Rusiya ilə normal əlaqələrin həyata keçirilməsini istəyərdik. İstəyirik ki, Rusiya güclü olsun, dünya miqyasında problemlərin həllinə kömək edəcək güclü. Bizi Rusiya ilə yaxınlaşdıran ümumi çağırışlar kifayət qədərdir" — deyə dövlət katibi əlavə edib.

Kerri qeyd edib ki, məhz Rusiyanın və şəxsən xarici işlər naziri Sergey Lavrovun səyləri nəticəsində İranın nüvə proqramına dair razılaşma əldə edilib: "Sergey Lavrovla birlikdə Suriyada kimyəvi silahdan istifadəyə dair məsələnin həlli üçün çalışmışıq. Rusiya, həmçinin, Parisdə iqlim konfransı ilə bağlı yekun razılaşmanın əldə olunmasına nail olub. Biz bir-birimizlə işləmişik və bunu davam etdirməkdə maraqlıyıq".

Xəbər lenti
0