Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hazırkı vəziyyətdə manatın məzənnəsini qorumaq çətin olacaq

© Sputnik, Али МамедовСамир Алиев
Самир Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Əliyev: Əgər neftin qiymətində artım olmasa, Mərkəzi Bank manatın məzənnəsinin yumşaldılmasını həyata keçirəcək

BAKI, 18 dek — Sputnik. "Hazırkı vəziyyətdə manatın məzənnəsini uzun müddət belə saxlamaq çətin olacaq. Əgər neftin qiymətində artım olmasa, Mərkəzi Bank manatın məzənnəsinin yumşaldılmasını həyata keçirəcək". Bunu iqtisadçı ekspert Samir Əliyev Sputnik-ə müsahibəsində deyib.

O, neftin qiymətinin yenidən ucuzlaşaraq 36 dollar 80 sent-ə düşməsini manat üçün təhlükə adlandırıb.

"Neftin qiymətinin düşməsinə ABŞ mərkəzi bankı FED-in qərarının təsiri oldu. Çünki FED-in qərarından sonra dollar möhkəmləndi və gözlənilirdi ki, bu, neftin qiymətinə mənfi təsir edəcək. Bu halın əlbəttə Azərbaycana da təsiri olacaq. Çünki iqtisadiyyatımızın taleyi neftdən gələn gəlirlərdən asılıdır, o cümlədən də, manatın. Neftin qiyməti aşağı düşdükcə, ölkəyə dollar axını da azalır. Bu da manatın kursuna ciddi zərbə vurur. Əgər yadınızdadırsa, hökumət açıqlama vermişdi ki, neftin qiymətinin 40 dollara qədər olması manat üçün ciddi təhlükə törətmir, amma 40 dollardan aşağı olarsa, mənfi saldo yaranır, yerli məzənnəyə mənfi təsir etməyə başlayır. Üstəgəl FED-in faizlə bağlı qərarı manat üzərində təzyiqi biraz da artırır. İstənilən halda dolların bahalaşması, neftin ucuzlaşması manata pis təsir edir" — deyə Samir Əliyev qeyd edib. 

Xəbər lenti
0