BAKI, 18 dek-Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatası xam neft ixracına olan 40 illik qadağanın ləğvi barədə qanun layihəsini bəyənib.
Sputnik Trend-ə istinadən xəbər verir ki, qanunun qüvvəyə minməsi üçün Senatda müzakirələr aparılmalı, sonra Prezidentin icazəsi alınmalıdır.
Ağ Ev nümayəndələri artıq bəyan ediblər ki, Barak Obama bu tədbirləri dəstəkləyir.