BAKI, 18 dek-sputnik. Türkiyənin İstanbul şəhərində Çekmeköy Məhəlləsində yerləşən Kanal G televiziyasının zirzəmisindəki studiyada yanğın baş verib. Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, 1-i ağır olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Kanal G-nin icraçı orqanının üzvü Necati Selvitop "İçəridə işləyərkən yanğın başladı. Bəzi yoldaşlarımız yaralandı. Yaralılar xəstəxanaya aparıldı" — deyə bildirib.
Yanğın yanğınsöndürmə qrupları tərəfindən nəzarətə alınıb və söndürülüb.
Kanal G televiziyasındakı yanğının hansı səbəblərdən baş verdiyi məlum deyil. Sadəcə yerli media yanğından əvvəl partlayış səsinin eşidildiyini və bundan sonra yanğın başladığını yazıb.
Kanal G ilk dəfə Giresun şəhərində regional telekanal olaraq fəaliyyətə başlayıb.