CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hakerlər BMT-nin 3500 əməkdaşının şəxsi məlumatlarını oğurladılar

© AFP 2024 / ALEXANDER KLEIN BMT-nin Vyana ofisi
BMT-nin Vyana ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Hakerlər Vyanadakı serverlərdən birini sındıraraq bu məlumatları əldə ediblər.

BAKI, 18 dek-Sputnik. Hakerlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyanadakı ofisinin (UNOV) 3500 əməkdaşının şəxsi məlumatlarını oğurlayıb.

Sputnik SecurityLab on-line resursuna istinadən xəbər verir ki, bu barədə məlumatı onlara Azərbaycandan olan anonim mənbəyə verib. SecurityLab-ın redaksiyasına bunu isbat edən fotolar da daxil olub.

Hadisə təxminən bir ay əvvəl baş verib.

Azərbaycanlı mənbə bildirib ki, hakerlər Vyanadakı serverlərdən birini sındıraraq məlumatları əldə ediblər. "İBM Integrated WebServices" adlanan serverin zəif olması səbəbindən hakerlər "Domino Notes" kataloquna daxil olaraq təşkilatın əməkdaşlarının şəxsi məlumatlarını, rəsmi sənədləri və digər məlumatları oğurlayıblar.

Xəbər lenti
0