QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türk-rus gərginliyi Qarabağ problemini arxa plana keçirdi

© ARKAПрезидент Армении Серж Саргсян и президент Азербайджана Ильхам Алиев
Президент Армении Серж Саргсян и президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər prezidentlərin görüşündən ümidli deyil

BAKI, 18 dek — Sputnik. Azərbaycan və Ermənistan prezidentləri dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində görüşəcəklər. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş ATƏT-in Minsk qrupunun sədrliyi ilə baş tutacaq.

Prezidentlərin görüşü ilə bağlı ABŞ Dövlət Departamentindən də açıqlama gəlib.

Ильхам Алиев и Серж Саргсян - Sputnik Azərbaycan
İlham Əliyev Serj Sarkisyanla görüşmək üçün Bernə gedib

"ABŞ ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin dekabrda nəzərdə tutulmuş görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə dialoqun fəallaşmasına gətirib çıxaracaq". Bu barədə Dövlət Departamentinin nümayəndəsi mətbuata müsahibəsində deyib.

"İlham Əliyev-Serj Sarkisyan görüşü hər hansı sənədin imzalanması ilə yekunlaşmasa, bu ATƏT-in Minsk qrupu həmsədrlərinin taleyinə təsir edəcək". Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu fikirdədir.

Sputnikə açıqlama verən politoloq, görüş öncəsi çox maraqlı bir vəziyyət yarandığını deyib. O, öz fikrini xarici işlər naziri Elmar Məmmədyarovun Tiflisdə verdiyi bəyanatla əsaslandırıb.

"Avropa İttifaqının Şərq Tərəfdaşlığına üzv ölkələrin xarici işlər nazirlərinin Tiflisdəki qeyri-formal görüşündə cənab Məmmədyarov, Qarabağ münaqişəsinin həlli ilə bağlı, Rusiyalı həmkarı Sergey Lavrovun təqdim etdiyi təkliflər üzərində işlədiklərini dedi. Və o təkliflərin mahiyyətini də açıqladı ki, 7 rayon Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına geri dönməlidir. Və Dağlıq Qarabağın erməni-azərbaycanlı icmaları arasında dialoq başlamalıdır. Elmar Məmmədyarov bu fikri Bakıda, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə də səsləndirdi".

Ceyms Uorlik - Sputnik Azərbaycan
QARABAĞ
Ceyms Uorlik: Prezidentlər vacib danışıqlar üçün görüşəcəklər

Mübariz Əhmədoğlu daha sonra əlavə edib: Tərəflərə müzakirə aparmaq üçün yeni təklif olunduğu barədə ATƏT-in bəyanatı hətta Rusiyanın Xarici İşlər nazirliyinin rəsmi internet səhifəsində də qeyd olunub. Elmar Məmmədyarovun tərəflərə yeni təkliflər edildiyi barədə dedikləri bu bəyanatda öz təsdiqini tapırdı. Hətta cənab nazirin Rusiya XİN adından danışması Moskva tərəfdən də təkzib olunmadı. Bunun üzərindən bir həftə keçməmiş, amerikalı həmsədr Ceyms Uorlik yerli mətbuata müsahibə verərkən, Sergey Lavrovun təklif verdiyini inkar etmədi. Amma Uorlik əlavə təkliflərin olduğunu da bildirdi. Mübahisə də məhz buradadı. Azərbaycan və Rusiya tərəfi danışıqlarda Lavrovun təklifini önə çəkməyə çalışır, yəni bu iki ölkə eyni mövqedədirlər. Amerika ilə Ermənistan isə başqa bir mövqedən çıxış edirlər. Bu isə həlli yubadır. Ona görə də hesab edirəm ki, İlham Əliyev-Serj Sarkisyan görüşü hər hansı sənədin imzalanması ilə yekunlaşmasa, bu ATƏT-in Minsk qrupu həmsədrlərinin taleyinə təsir edəcək".

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn görüşdən o qədər də ümidli olmadığını deyib:

"Dünyada və regionda gedən hazırki gərgin vəziyyət, Türkiyə ilə Rusiya arasındakı soyuq müharibə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı ciddi nizamlama olacağı ümidini azaldır. Bu görüş, zənnimcə, formal xarakterli olacaq və mən hər hansı həll gözləmirəm. Bəlkə də ay yarım öncə ümidlər daha çox idi. Ancaq Suriya böhranı, böyük güclərin qarşıdurmaları, türk-rus gərginliyi çox şeyi arxa plana keçirdi".

Ильхам Алиев и Серж Саргсян - Sputnik Azərbaycan
QARABAĞ
İlham Əliyev və Serj Sarkisyan İsveçrədə görüşəcəklər

Politoloq Qabil Hüseynli isə görüşün vacib olduğunu, ancaq nəticə gözləməyin mənasız olduğunu deyib:

"Mən o qədər də nikbin əhval-ruhiyyədə deyiləm. Həmsədrlər arasındakı fikir ayrılığı, Rusiya ilə Türkiyə arasında gərginliyin davam etməsi, bu gərginliyin müəyyən qədər Azərbaycana sıçraması işləri olduqca qəlizləşdirdi. İndi belə bir təəssürat yaranır ki, ruslar Qarabağla bağlı indiyə qədər verdikləri vədlərdən vaz keçə və Ermənistanı da qeyri-konstruktivliyə yönəldə bilərlər. Amma hər halda görüşün özünün keçirilməsi vacibdir. Həmsədrlərlə prezidentlərin, digər qüvvələrin mövqelərini bir araya gətirmək mümkün olacaqmı? Bunlar kifayət qədər çətin məsələlərdir. Əgər bir ay, ay yarım öncə nikbin əhval ruhiyyə var idisə, indi hər şey əksinədir".

İstənilən halda yeni görüşün keçirilməsi müsbət haldır. Düzdür, adətən belə görüşlərdən sonra Azərbaycan və Ermənistan rəhbərləri standart bəyanatlarla kifayətlənsələr də, onlar arasında görüşün nece keçməsi o dəqiqə cəbhə bölgəsindəki real vəziyyətdən görünür. Gərginliyin artması və ya azalması bir növ bu görüşlərin nəticəsinin indikatoru hesab edilməyə başlayıb. 

Xəbər lenti
0