BAKI, 18 dek-Sputnik. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün İsveçrə Konfederasiyasının Bern şəhərinə gedib.
Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "twitter" hesabında yazmışdı ki, "prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı vacib danışıqlar üçün görüşəcəyini gözləyirik".