Avropa Gürcüstan və Ukrayna vətəndaşları üçün viza rejimini ləğv edir

© cont.wsAvropa İttifaqı
Avropa İttifaqı - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 18 dek-Sputnik. Avropa Komissiyası Gürcüstan və Ukrayna tərəfindən viza liberallaşdırılması üzrə tədbirlər planının icrasına dair hesabatları açıqlayıb.

Sputnik APA-ya istinadla xəbər verir ki, hesabatlarda sözügedən ölkələr haqqında müsbət rəylər yer alıb.

Gürcüstanla Ukrayna üzərinə götürdükləri öhdəlikləri yerinə yetiriblər. Avropa Komissiyası bu ölkələrdə həyata keçirilən müvafiq prosedurların beynəlxalq standartlara cavab verdiyi qənaətindədir.

Avropa Komissiyasının hesabatlarında Ukrayna və Gürcüstan vətəndaşları üçün vizaların ləğvi ilə bağlı hər hansı şərt yoxdur.

Xəbər lenti
0