Deputatlara parlamentdə növbədənkənar danışmaq hüququ verildi

Президент Ильхам Алиев на первом заседании Милли Меджлиса (парламента) пятого созыва
Президент Ильхам Алиев на первом заседании Милли Меджлиса (парламента) пятого созыва - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin deputatlarına, eyni zamanda iki komitənin üzvü olmaq hüququ da verilib.

BAKI, 18 dek-Sputnik. Milli Məclisin komitə sədrlərinə və deputatlarına parlamentin iclaslarında növbədənkənar çıxış etmək hüququ verilib.

Sputnik-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında sözügedən məsələ müzakirəyə çıxarılıb və Milli Məclisin Daxili Nizamnamnaməsinə dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, Milli Məclisin sədri komitə sədrlərinə və deputatlara növbədənkənar çıxış etmək üçün söz verə bilər.

Fəaliyyətdə olan nizamnaməyə əsasən Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdirlər.

Nizamnaməyə dəyişikliklərdə Milli Məclisin deputatlarına, eyni zamanda iki komitənin üzvü olmaq hüququnun verilməsi təklif edilir.

Nizamnaməyə dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0