BAKI, 18 dek-Sputnik. Azərbaycan Silahlı Qüvvələri təmas xəttində daha bir hərbçisini itirib. Əsgər Kərimov Taleh Saleh oğlu dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı həlak olub.
Sputnik Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı veriblər və onlara səbr diləyiblər!
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.