SOCAR itkin neftçilərin ailələrinə maddi yardımı öz üzərinə götürdü

© socar.azSOCAR ГНКАР
SOCAR ГНКАР - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Neft Şirkəti itkin düşmüş neftçilərin ailələrinə 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.

BAKI, 17 dek-Sputnik. SOCAR "Neft Daşları"nda itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım verilməsini öz üzərinə götürüb.

Sputnik xəbər verir ki, bu barədə SOCAR-ın saytına məlumat verilib.

Məlumatda deyilir ki, dekabrın 4-də təbii fəlakət nəticəsində "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları — buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə Dövlət Neft Şirkəti tərəfindən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.

Xəbər lenti
0