CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Televiziyalara qanunsuz sponsorluq edənləri yüksək cərimələr gözləyir

© facebook Qulu MəhərrəmliQulu Məhərrəmli
Qulu Məhərrəmli - Sputnik Azərbaycan
Abunə olmaq
Qulu Məhərrəmli: "Qanunsuz sponsorluq edənlərə böyük məbləğdə cərimələrin qoyulması bütün hallarda özəl televiziyaların bir çox proqramlarının bağlanmasına gətirib çıxardacaq .

Bakı, 17 dek-Sputnik. Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinə qanunsuz sponsorluq edənlər böyük məbləğdə cərimə olunacaqlar. Bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Telejurnalist, professor Qulu Məhərrəmli Sputnik-ə açıqlamasında deyib ki, bütün məsələlərin qanunla tənzimlənməsi çox gözəldir: "Bizim özəl televiziyaların bir çoxu sponsor köməyi olmadan o verlişləri ərsəyə gətirə bilməz. Bu verlişlər əsasən istehsal, prodüser studiyalarından gəlir. O studiyalarda sponsorun köməyi ilə yazılır, hazırlana bilir. İndiki halda qanunsuz sponsorluq edənlərə böyük məbləğdə cərimələrin qoyulması bütün hallarda özəl televiziyaların bir çox proqramlarının bağlanmasına gətirib çıxardacaq. Çox təəssüf ki, bizdə televiziyaların çoxunda maliyyə qaynaqları şəffaf deyil. Yəni, burada prodüser bir element, bir həlqədir. Əgər biz bütünlüklə bu məsələni həll etmək istəyiriksə, özəl televiziyaların maliyyə mənbələrinin şəffaflığını təmin etməliyik. O zaman bütün məsələlərə aydınlıq gələcək və sponsorluq məsələsi də bunun içində bir detal kimi həll olunacaq. Mövqeyim bundan ibarətdir ki, bütün məsələlər qanun çərçivəsində tənzimlənməlidir".

Sözügedən layihəyə əsasən, teleradio verilişlərinin hazırlanmasında sponsorluqla bağlı "Teleradio və radio yayımı haqqında" qanunun və "Kütləvi informasiya vasitələri haqqında" qanunun tələblərinin pozulmasına görə, fiziki şəxslər 1 000 manatdan 1500 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək, hüquqi şəxslər isə 8 000 manatdan 10 000 manatadək miqdarda cərimə ediləcəklər.

İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 188-ci maddəsinə əsasən, reklamı qadağan olunmuş məhsulların istehsalçıları və onların satışını həyata keçirən şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə (televiziya və radio yayımı istisna olmaqla) sponsorluğa görə 30 manatdan 50 manatadək miqdarda cərimə tətbiq edilir. Yeni hazırlanan layihədə isə televiziya və radio yayımı ilə bağlı istisna ləğv olunub və cərimələrin bütün KİV-lərə şamil edilməsi nəzərdə tutulub.

Məcəllə layihəsi qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.

Xəbər lenti
0